“Qarabağ”dan gedəcəyi gözlənilən millimizin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.

Bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilir ki, hücumçu yeni klubunda ilinə 300 min avro, həmçinin əlavə bonuslar qazanacaq. Mahir “Legiya”ya transferini artıq razılaşdırıb və qərarını Qurban Qurbanova bildirəndən sonra mətbuata da açıqlayacaq. Qeyd edək ki, mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq Mahir Emreli “Lagiya”ya sərbəst futbolçu kimi transfer olunacaq.